Azərbaycanda özünü “ikinci Allah” adlandıran cindar kimdir? - VİDEO
    • 26-11-2018, 12:44
    • 1 291

Azərbaycanda özünü “ikinci Allah” adlandıran cindar kimdir? - VİDEO

Azərbaycanda əsasən şou-biznes nümayəndələrinin üz tutduğu, “Allah” adlandıran Lerik sakini, cindar Məmmədsəfa yenidən gündəmə gəlib.

Xalq artisti Rəmiş, teleaparıcı Ülvira Qarayeva, meyxanaçı Namiq Qaraçuxurlu, əməkdar artist Elnarə Abdullayeva və müğənni Əlikram Bayramovsözügedən cindarın daimi müştəriləridir. 

Ölkə.Az saytı isə xəbər verir ki, tanınmış xanəndə, Əməkdar artist Elnarə Abdullayeva on iki il ərzində səhhəti ilə bağlı ciddi problemlər yaşayıb və məhz Məmmədsəfanın yanına getdikdən sonra sağlamlığına qovuşub: 

“Orada hamı ona dədə deyir. Demişəm ki, dədə, lazım deyil, beş-üç manatım var. Deyib ki, sən bu millətə, xalqa gərəkli adamsan. Ora nə qədər dərdi olan, uşağı, gəlini xəstə olan gəlib on manat qoyubsa da, deyib ki, götür get, lazım deyil, təki sənin uşağın yaxşı olsun. Yəni, o qədər yaxşı insandır”.

//bakupress.az