"Tezliklə bir dövlət olaraq Ermənistan mövcud olmayacaq" - Rusiyalı POLİTOLOQ

"Tezliklə bir dövlət olaraq Ermənistan mövcud olmayacaq" - Rusiyalı POLİTOLOQ Siyasət

“Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyana Qarabağda seçki keçirdiyinə görə sərt irad bildirdi. Bu, Ermənistanın baş naziri israrla gördüyü hər şeyi etməyə davam edərsə, onun regional güc balansında tutacağı yeri tam müəyyən edir. O, NATO-ya üzv olmaq istəyirmi? O, İrəvanın Moskvadan asılılığını zəiflətmək niyyətindədirmi? O, KTMT-dən narazıdır?”

News24.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq, “Yaxın Şərq İnstitutu” elmi mərkəzinin prezidenti Yevgeni Satanovski özünün “Telegram” kanalında yazıb.

“Bakı ilə birbaşa danışıqlar sırf amerikalıların və avropalıların: fransızların, almanların, italyanların himayəsi altında aparılmalıdırmı? Ona nə Qarabağda, nə də Gümrü bazasında rus sülhməramlıları lazımdır? Görəsən bu axmağın (Paşinyanı nəzərdə tutur – red.) heç olmasa Ermənistana ehtiyacı varmı? Ehtiyacı olmadığı təəssüratını yaradır, bu halda sual yaranır: o, axmaqdır? Yoxsa o, nəyi nə üçün etdiyini və bunun şəxsən ona nə gətirəcəyini çox yaxşı bilir.

Ermənistandan olan jurnalistlər zəng vurur, açıq şəkildə təhlükə altında olan Rusiya-Ermənistan münasibətlərində nələrin baş verdiyini, bu bədbəxt ölkəni yaxın gələcəkdə nə gözlədiyini anlamağa çalışırlar. Nikol Paşinyan kiçik, rəzil adamdır, populist və tam axmaqdır. O, amerikalılar üçün işləyir və seçicilərini aldadır, onlara sırf şəxsi ambisiyaları və eqoist maraqları əsasında qızıl dağları vəd edir? Və belə bir baş nazirlə, tezliklə bir dövlət olaraq Ermənistan artıq mövcud olmayacaq və buna görə Rusiyanı günahlandıracaqmı? Ermənilər təkidlə Paşinyanı bu bədbəxt ölkənin baş naziri seçirlərsə, onda qoy belə də olsun - Ermənistanın taleyi tamamilə onların əlindədir.

O, niyə Moldovada Sandudan, Gürcüstanda Saakaşvilidən, Ukraynada Poroşenko və Zelenskidən fərqli davranmalıdır? Putin heç kimi kökündən devirmir - Paşinyan niyə qorxsun? Rusiya və İrana gəlincə, Paşinyan öz tərəfdarlarına deyəcək ki, onların Ermənistandakı maraqları sırf eqoist idi və İrəvan artıq Moskva və Tehranın dostu deyil, dost NATO-dur. Qarabağa gəlincə. Paşinyan ona və orada yaşayan ermənilərə əhəmiyyət vermir”, - deyə Satanovski əlavə edib. İndi onun üçün əsas odur ki, uzun müddət Rusiyanın onları “tərk etməyə” hazırlaşması ilə bağlı yalan danışsın. Bunun üçün ona pul verəcəklər. Təbii ki, o, Zelenski qədər zəngin olmayacaq, amma Ermənistandan uzaq bir yerdə təvazökar həyat üçün kifayət edəcək. Bunun üçün çalışır”.

Akqabay