Terrordan istifadə edənlərə boyun əyməyəcəyik - Ərdoğan

Terrordan istifadə edənlərə boyun əyməyəcəyik - Ərdoğan Siyasət

Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının IV Fövqəladə Qurultayından əvvəl xalqa müraciət edib.

News24.az-ın “Habeglobal”-a istinadən məlumatına görə, o bildirib ki, bu gün türk əsri üçün müstəsna bir gündür:

"Türkiyənin siyasi öncülləri olacaq kadrları nümayəndələrimizin səsləri ilə müəyyən edəcəyik. Beləliklə, partiyamızı yeni səslərlə, yeni simalarla, eləcə də partiyamıza xidmət etmiş bacı-qardaşlarımızla daha da gücləndirəcəyik". 

Prezident vurğulayb ki, yarandığımız gündən 3-ü növbədənkənar olmaqla ümumilikdə 10 böyük qurultay keçirilib. 

"Bu qurultaylar qardaşlıq mühitində keçirilib. Ümid edirəm ki, qurultayımız, partiyamız  millətimiz üçün faydalı olacaq. Şəxsiyyətimizi və partiyamızı hədəf alan çoxsaylı hücumlara, böhtanlara baxmayaraq, milli iradəyə kölgə salmadıq. Burada millətimizə xidmət yolunda möhkəm addımlar atacağıq”,- deyə Ərdoğan çıxışını sonladırıb.

Ülkər ABDURAHMANLI