Tərtərdə güclü partlayış – Xəsarət alan var
    • 14-03-2019, 13:06
    • 1 265

Tərtərdə güclü partlayış – Xəsarət alan var

Bu gün Tərtər rayonunda partlayış baş verib.

News24.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 160 m² olan birmərtəbəli üçotaqlı evin mətbəxində partlayış olub. Partlayış dalğasının təsirindən mətbəxdə 2 ədəd pəncərə çərçivəsi dağılıb.

Yanğın hadisəsi baş verməyib. Hadisə zamanı 1 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.