USD 1.7
EUR 1.8941
TRY 0.2634
RUB 0.0215
  • Bakı 18°C
  • ŞUŞA 5°C
  • GƏNCƏ 12°C
  • LƏNKƏRAN 12°C
  • ŞƏKİ 13°C
  • QUBA 14°C
  • NAXÇIVAN 12°C

Sabahdan bu yolların hərəkət istiqaməti dəyişir

SOSİAL

Mətn ölçüsü

Sabahdan etibarən Novruz bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar olaraq Bakının bir sıra yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir.

Bu barədə News24.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən (BPİ DYPİ) məlumat verilib. İdarədən bildirilib ki, martın 19-u səhər saatlarından etibarən tədbir tam başa çatanədək İçərişəhər-Qoşa Qala Qapısı, Fəvvarələr meydanı, Qız Qalası və Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində olan yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək: ““Azneft” meydanı, Əziz Əliyev, Zərifə Əliyeva, Niyazi və İstiqlaliyyət küçələrində, Üzeyir Hacıbəyov, Bülbül, Səməd Vurğun və tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və yollar nəzarətə götürülərək, avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bundan əlavə, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi əhali, avtomobil sahibləri və sürücülərə, Dənizkənarı Milli Park boyu keçiriləcək bayram şənlikləri ilə əlaqədar tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən istifadəni tövsiyə edir.Bayram günlərində yol-nəqliyyat hadisələrinin baş verməməsi, hərəkət iştirakçılarının rahat, təhlükəsiz şəkildə mənzil başına çatmaları üçün yol polisi gücləndirilmiş iş rejimində xidmət edəcək.

Eyni zamanda, sürücülərdən, avtomobil sahiblərindən xahiş olunur ki, xüsusən günün qaranlıq saatlarında yorğun, yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsinlər, yol hərəkət qaydalarına ciddi riayət etsinlər”.İdarədən qeyd edilib ki, bölgələr istiqamətində hərəkət edən sürüclərə bir qayda olaraq təhlükəsizlik kəmərindən istifadə etmək, yol boyu hərəkəti nizamlayan nişanların göstəricilərinə və sürət həddinə əməl etmələri tövsiyə olunur.

Xəbəri paylaş: