DİQQƏT! Bu yolda söküntü işləri aparılır
    • 6-05-2019, 14:37
    • 896

DİQQƏT! Bu yolda söküntü işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Yusif Səfərov və Üzeyir Hacıbəyov küçələrinin hər iki istiqamətində bu gün saat 22:00-dan 6:00-a kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sürücülərdən qeyd olunan vaxt ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun 110-120-ci km-lik hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin söküntüsü işləri aparılır.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.