“Dövlət başçısı paytaxt qəsəbələrinin daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib -Eldar Əzizov
    • 26-08-2019, 09:53
    • 582

“Dövlət başçısı paytaxt qəsəbələrinin daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib -Eldar Əzizov

Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞTİ) başçısı Eldar Əzizov əhali ilə görüş çərçivəsində Suraxanı rayonu Hovsan qəsəbəsində sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə novbəti görüş keçirilib.

BŞTİ-dən New24.az-a verilən məlumata görə, qeyri-iş günü və havanın çox isti olmasına baxmayaraq yüzlərlə sakinin, həmçinin qonşu qəsəbələrin nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, paytaxtın və Suraxanı rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləmişlər ki, bu da sakinlərin xüsusi rəğbəti ilə qarşılanıb.

Əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyev qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib.

Sakinlərin böyük fəallığı, yaradılan səmimi abu-hava şəraitində və ənənəvi “Açıq mikrofon” formatı ilə keçən görüşdə çıxış edən Hövsan sakinləri Bakı şəhərində, eyni zamanda, Hövsan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, onun həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Görüşdə söz alan qəsəbə sakini Kəmaləddin Qədimov qəsəbənin sosial-iqtisadi inkişafindakı xidmətlərinə, bürada təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi və təmirinə göstərdiyi diqqət və qayğıya görə ölkəmizin Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib və fürsətdən istifadə edərək Mehriban xanımı doğum günü münasibəti ilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Görüş iştirakçıları yekdilliklə bu təbrikə qoşularaq onu ayaq üstə sürəkli alqışlarla dəstəkləmişlər.

Təbrikə qoşulan Eldar Əzizov “...Bizim tariximiz çox qədim və zəngindir, minillikləri əhatə edir. Mehriban xanım Azərbaycanın çoxəsrlik tarixində yer tutan ən görkəmli xanımlardan biridir. O, özünün çoxşaxəlı fəaliyyəti ilə ölkəmizdə və Şərq aləmində yeni siyasi mədəniyyəti təsdiq edib”- deyə əlavə edib.

Sakinlər qarşısında çıxış edən icra başçısı onu da bildirib ki, bu gün paytaxtımız sürətlə inkişaf edir və müasir görkəm alı: «Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakterlidir və bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır. Cənab Prezidentin dövlət qurumları rəhbərləri qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinin həllinə öz problemləri kimi yanaşmaqdır».

Paytaxtda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışan Eldar Əzizov buna bariz nümunə olduğunu qeyd edib: “Dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub”.