Avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb
    • 16-08-2018, 18:00
    • 779

Avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb

Bakı Nəqliyyat Agentliyinin (BNA) müdaxiləsi ilə paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb.

Bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. 

O bildirib ki, hazırda ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün şərait yaradılır.