4 rayonda qaz olmayacaq- SAKİNLƏRİN NƏZƏRİNƏ
    • 16-09-2019, 09:46
    • 733

4 rayonda qaz olmayacaq- SAKİNLƏRİN NƏZƏRİNƏ

Sentyabrın 16-da səhər saat 10:00-dan işlər başa çatanadək Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarının bir neçə yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq.

Azəriqaz İB-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu müddət ərzində “Qaz İxrac” İdarəsinin balansında olan “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işləri icra olunacaq.

Afaq Mirayiq