Bakı-Bakıxanov marşrutu üzrə gedən elektrik qatarları bir gün işləməyəcək
    • 26-10-2019, 15:37
    • 971

Bakı-Bakıxanov marşrutu üzrə gedən elektrik qatarları bir gün işləməyəcək

Bakı-Bakıxanov marşrutu üzrə hərəkət edən elektrik qatarları bir günlük işləməyəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən News24.az-a verilən məlumata görə, Böyük Şor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti bir günlük dayandırılacaq.

Elektrik qatarı oktyabrın 28-dən ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.

Afaq Mirayiq