Sərnişinlərə ŞAD xəbər Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti bərpa olunur
    • 28-10-2019, 21:52
    • 803

Sərnişinlərə ŞAD xəbər Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti bərpa olunur

Oktyabrın 29-dan etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti Sabunçu stansiyasına kimi bərpa edilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən News24.az -a bildirilib ki, Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır.
Qeyd edək ki, bu il avqustun 26-dan Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi.
Həmçinin hər şənbə, bazar və bayram günləri 6031/6032, 6033/6034, 6041/6042, 6045/6046 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Oktyabrın 29-dan etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkət cədvəlini təqdim edirik: