Bakıya yeni metro vaqonlarının ilk partiyası GƏTİRİLƏCƏK
    • 17-01-2020, 11:45
    • 922

Bakıya yeni metro vaqonlarının ilk partiyası GƏTİRİLƏCƏK

Gələn ay "Bakı Metropoliteni" QSC üçün 5-10 yeni vaqon gətiriləcək.

Bu haqda News24.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, nəzərdə tutulan 20 vaqonun ilk partiyası fevral ayında alınacaq: “Təzə qatarların alınması üçün iki vacib şərt var. Bunun üçün ilk olaraq, qatarlar istismar müddətinin başa vurmuş olmalı, ikincisi isə yeni stansiyaların açılması ilə zərurətin yaranmasıdır. Bununla bağlı Metropoliten 2019-cu ildə uzunmüddətli müqavilə imzalayıb və 3 il ərzində qatarların yenilənməsi istiqamətində əhəmiyyətli işlər görüləcək. Elə həmin müqaviləyə əsasən, 60 yeni vaqon alınacaq".