404 əcnəbi qaçqın statusu almaq üçün müraciət edib
    • 15-01-2020, 11:44
    • 881

404 əcnəbi qaçqın statusu almaq üçün müraciət edib

"Ötən il readmissiya ilə bağlı 480 sorğu verilib. Bu, 2018-ci illə müqayisədə 15 faiz (567) azalma deməkdir".

News24.az -ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, ötən il 457 readmissiya olub. Bu rəqəm 2018-ci illə müqayisədə 464 olub. 

Xidmət rəisi qeyd edib ki, 2019-cu ildə 404 əcnəbi qaçqın statusu almaq üçün müraciət edib: "Bu da 2018-ci illə müqayisədə 7 faiz artım deməkdir. Ölkədə qaçqın statusu əsasında yaşayanlardan 43-ü İran, 30-u Əfqanıstan, 5-i Liviya, 3-ü Pakistan, 2-si Cənubi Afrika Respublikasının vətəndaşlarıdır".

Afaq Mirayiq