Ötən il 585 nəfər qidadan ZƏHƏRLƏNİB - Qoşqar Təhməzli
    • 17-01-2020, 11:44
    • 791

Ötən il 585 nəfər qidadan ZƏHƏRLƏNİB - Qoşqar Təhməzli

Ötən il Azərbaycan Qida Təhlükısizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olub.

News24.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, ötən il Agentliyin 1003 “Çağrı Mərkəzi”nə, rəsmi sosial şəbəkə səhifəsinə və şəhər telefonu vasitəsilə müxtəlif məzmunlu 19 944 müraciət daxil olub. Müraciətlərdən 2291 zəng (11%) istehlakçı hüquqlarının pozulması halları, 480 zəng (2,4%) qida zəhərlənməsi, 89 zəng (0,5%) brusellyoz xəstəliyi, 39 zəng (0,3%) qarayara xəstəliyi, 26 zəng (0,1%) isə vərəm xəstəliyi barədə olub. “Çağrı Mərkəzi” vasitəsilə qida zəhərlənməsi və digər qida mənşəli xəstəliklərə aid Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən 482 təcili bildiriş və məlumat daxil olub. Araşdırmalar nəticəsində 482 bildiriş və məlumat əsasında 208 zəhərlənmə faktı təsdiq edilib, 274 bildiriş təsdiqini tapmayıb. Müraciətlər əsasında ümumi sayı 987 nəfər zərərçəkən qeydiyyata alınıb, onlardan yalnız 585 nəfərin qida zəhərlənməsi faktı kliniki təsdiqini tapıb. Təsdiq olunmuş qida zəhərlənmələri hadisələri əsasən məişət zəminində baş verib ki, bu da 87.7% təşkil edir.

Afaq Mirayiq