Narkotacir Mahizər və dəstəsindən ŞOK ƏMƏLLƏR - FOTOLAR
    • 17-01-2020, 15:26
    • 1 114

Narkotacir Mahizər və dəstəsindən ŞOK ƏMƏLLƏR - FOTOLAR

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkənin üzvlərinə qarşı geniş miqyaslı əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-yə Mahizər adlı qadının paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin qadın, Bakı şəhər sakini Mahizər Məmmədova Nərimanov rayonunda saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 2 kiloqram 50 qram narkotik vasitə heroin və 321,964 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Polis əməkdaşları saxlanılan şəxsin ətrafında əməliyyat tədbiri həyata keçirən zaman müəyyən edilib ki, M.Məmmədova narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Maqsud” adlı İran vətəndaşından satmaq məqsədi ilə əldə edib.

Qeyd edək ki, M.Məmmədova  bir neçə dəfə həmin şəxsin ona göndərdiyi heroini və metamfetaminin satışını həyata keçirib. O, narkotik vasitələrin pulunu  “Maqsud”a Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin birinin tələbəsi olan İran vətəndaşı Afşin Naderinin vasitəsi ilə  göndərib. Polis əməkdaşları tərəfindən A.Naderi də saxlanılaraq istintaqa təqdim edilib və o, ifadəsində etdiyi cinayəti etiraf edib. Saxlanılan şəxslərin cinayət əlaqələrinin və narkoşəbəkənin digər üzvlərinin müəyyən edilərək zərərsizləşdirilməsi istiqamətində Cəlilabad RPŞ əməkdaşlarını tərəfindən tədbirlər davam etdirilən zaman “Maqsud” adlı şəxsin M.Məmmədova yenidən külli miqdarda narkotik vasitə göndərəcəyi məlum olub. Görülmüş tədbirlərlə Cəlilabad RPŞ əməkdaşları tərəfindən Sabirabad rayonu ərazisində M.Məmmədovaya 3 kiloqram 500 qram heroin vermək istəyən Mingəçevir şəhər sakinləri əvvəllər məhkum olunmuş Heydər Məmmədov və Azər Ağayevi də tutularaq istintaqa təqdim ediliblər.