-
- 10-01-2020, 12:43
- 1 169
Cəlilabad sakinindən külli miqdarda HEROİN GÖTÜRÜLDÜ - FOTO
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında rayon sakini Orxan Vəkilzadə Cəlilabad ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq şöbənin əməkdaşları tərəfindən O.Vəkilzadənin Cəlilabad rayonu Ə.Məmmədov küçəsində yerləşən evinin həyətindəki saxlanc yerinə baxış zamanı orada 3 ədəd bağlama gizlətdiyi ümümi çəkisi 4 kiloqram 0,70 qram narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
İlkin araşdırma zamanı O.Vəlizadə həmin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan əvvəldən tanıdığı İran vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cəlilabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.