Bakıda xərçəngi 1590 manata sağaldan dərman – FIRILDAQ ya HƏQİQƏT ?
    • 7-09-2018, 12:45
    • 1 814

Bakıda xərçəngi 1590 manata sağaldan dərman – FIRILDAQ ya HƏQİQƏT ?

Sosial şəbəkələrdə və bəzi saytlarda xərçəng xəstəliyinin müalicəsilə bağlı dərman reklamı yayılıb. 

Reklamda “Onko İmuno” adlı dərman qarışığı xərçəng xəstəliyini 4 aya müalicə edildiyi deyilir.
Nəzərə alsaq ki, “Apple”ın əfsanəvi rəhbəri Stiv Cobs və digər məşhurlar xərçəng xəstəliyindən dünyalarını dəyişiblər. Əgər bu xəstəliyin dərmanı olsaydı, ondan ilk öncə həmin şəxslər istifadə edərdilər.
Lakin bəzi işbazlar insanların çarəsizliyi və əlacsız vəziyyətdə olmasından istifadə edərək, onların pullarını bu üsul ilə talamağa çalışırlar. Ona görə də, bir daha oxucularımıza müraciət edirik ki, bu sahədə son dərəcə ehtiyatlı olsunlar.

Reklamda adı çəkilən dərmanla bağlı araşdırma aparmaq qərarına gəldik. Reklamda göstərilən nömrə ilə əlaqə saxladıq.
Telefonda danışan şəxs adının İzmir olduğunu bildirdi. O, açıqlamasında vurğuladı ki, bu dərmandan onun qardaşı da istifadə edib:
“Qardaşım da onkoloji xəstə idi. Bu dərmanı onun üçün almışdıq, qardaşım xeyrini gördü. Həmin dərman Almaniya istehsalıdır və orada 730 avrodur. Bakıya gətirilməsi isə 1590 manata başa gəlir.
Bu dərmandan istəyən şəxs bizə müraciət etsin, ona kömək edək. Şəxsiyyət vəsiqəsilə bizim ofisə yaxınlaşsın və ona blank veririk, həmin kağızı doldurur. Sonra həmin preparatdan sifariş veririk. 2 gündən sonra onu alırıq.
Bunun içərisində 150 qram qarışıqdır. Hər səhər qaynar suya 5 qram qarışıq atıb, qarışdırıb içmək lazımdır”, - deyə İzmir vurğuladı.
Həmin şəxs israrla deyir ki, təqdim etdiyi dərman xəstələr üçün faydalıdır:
“Mən özüm həkim deyiləm, başqa sahədə çalışıram. Qardaşımı İsrailə qədər müalicəyə gedib. Ona deyiblər ki, sənə ancaq bitki tərkibli qarışıqlar kömək olacaq”, - deyə o vurğulayıb.
İmmun sistemi güclənəndə xəstəlik müalicə olunur.
“Hələ ki, xərçəng xəstəliyinin səbəbləri tapılmayıb. Bütün dünyada xərçənglə mübarizə sahəsində yeni mərhələlər var. Lakin hələ də, bu xəstəliyin dərmanı barədə konkret nəticələr yoxdur.
Heç həmin dərmanların tərkibinə varmadan deyirəm ki, bu şarlatanlıqdır. Təəssüflər olsun ki, qanunda olan boşluqlardan yararlanıb, belə addımlar atırlar. Araşdırdıqda görürük ki, belə şarlatanlıqların arxasında çox güclü qüvvələr dayanır”, - deyə ekspert bildirib.
“Hələ ki, xərçəng xəstəliyinin səbəbləri tapılmayıb. Bütün dünyada xərçənglə mübarizə sahəsində yeni mərhələlər var. Lakin hələ də, bu xəstəliyin dərmanı barədə konkret nəticələr yoxdur.
Heç həmin dərmanların tərkibinə varmadan deyirəm ki, bu şarlatanlıqdır. Təəssüflər olsun ki, qanunda olan boşluqlardan yararlanıb, belə addımlar atırlar. Araşdırdıqda görürük ki, belə şarlatanlıqların arxasında çox güclü qüvvələr dayanır”, - deyə ekspert bildirib.
“İnsan xəstələnən zaman mütləq həkimə müraciət etməlidir. Həkimin təyinatı ilə dərmandan istifadə etmək lazımdır. Xüsusən də xərçəng kimi ciddi və ağır xəstəlikdən əziyyət çəkən insanlar ehtiyatlı olmalıdırlar. Onlara deyilən hər dərmandan istifadə etmək olmaz. Onkoloji xəstələr müalicə olunduğu dövrdə xüsusi ağır etaplar keçirir. Gedib kortəbii dərmanı almaq düzgün deyil”.

Buradan belə çıxır ki, bu və belə tipli dərman, dərman qarışıqlı qidaları satanlar, onu reklam edənlər öz qazanclarını artırmaq naminə onlarla insanın sağlamlığını qurban etməyə hazırdır. Ona görə də, heç vaxt belə şirin vədlərə inanmaq olmaz.

//Baku.WS