USD 1.7
EUR 1.8412
TRY 0.2808
RUB 0.0268
  • Bakı 8°C
  • ŞUŞA 6°C
  • GƏNCƏ 10°C
  • LƏNKƏRAN 5°C
  • ŞƏKİ 10°C
  • QUBA 4°C
  • NAXÇIVAN 2°C

Ötən il 821 nəfər bu səbəbdən ÖLDÜ

Sosial

Mətn ölçüsü

Ötən il respublikanın avtomobil yollarında 1870 və ya 2018-ci illə müqayisədə 2,9 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz artaraq 2 523 nəfər olub. Onlardan 821-i həlak olub, 1 702-si isə yaralanıb.

Hadisələrin 44,9 faizi gündüz, 35,5 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2018-ci ilə nisbətən 1,4 faiz artaraq 564 nəfər, yaralananların sayı 0,2 faiz artaraq 1631 nəfər olub.

Xəbəri paylaş: