Azərbaycanda koronavirusa görə HƏBS TƏTBİQ OLUNACAQ
    • 17-03-2020, 13:32
    • 787

Azərbaycanda koronavirusa görə HƏBS TƏTBİQ OLUNACAQ

Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.

News24.az xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib. /APA/