FHN  kiçikhəcmli gəmilərə texniki baxışı müvəqqəti dayandırdı
    • 3-04-2020, 15:48
    • 650

FHN kiçikhəcmli gəmilərə texniki baxışı müvəqqəti dayandırdı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kicikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2020-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi prosesi müvəqqəti dayandırılır. 

FHN-dən News24.az-a verilən məlumata görə, texniki baxışın keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. 

Xüsusi karantin rejimində texniki baxış müddəti bitən kiçikhəcmli gəmilərə cərimə tətbiq edilməyəcək.