Azərbaycanda koronavirusla bağlı son DURUM
    • 26-05-2020, 21:09
    • 543

Azərbaycanda koronavirusla bağlı son DURUM

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 26-na olan statistik göstəriciləri açıqlayıb.

News24.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 2 927 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 276 338 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda 132 yoluxma faktı qeydə alınıb, 1 nəfər dünyasını dəyişib, 78 pasiyent sağalıb.