Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxılıb - CƏDVƏL
    • 4-06-2020, 13:55
    • 1 455

Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxılıb - CƏDVƏL

Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə karantin rejimi müddətinin iyunun 15-dək uzadılması və tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara təlabat çoxalıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən News24.az-a verilən məlumata görə, həmin istiqamətdə sərnişinlərin karantin qaydalarına uyğun hərəkətinin təmin edilməsi və sıxlıq yaşanmaması üçün qatarların sayı artırılıb. Bu məqsədlə Bakı-Xırdalan-Sumqayıt-Bakı, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilib.