Türkiyə ilə sərhədlərin açılması uzadıla bilər
    • 4-06-2020, 18:14
    • 584

Türkiyə ilə sərhədlərin açılması uzadıla bilər

“Beynəlxalq uçuşlarla bağlı bir sıra qurumları, xarici hava nəqliyyatı qurumları öz məlumatlarını veriblər”.

News24.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ölkəmizdə bu istiqamətdə müzakirələr əvvəldən də anons etdiyimiz kimi hələ davam etdirilir: “Bir sıra qaydaların qəbul olunması məsələsinə baxılır. Güman edirik ki, biz bu məsələni 1 iyula qədər gecikdirə bilərik. Türkiyə sərhədləri açıbsa, qardaş ölkənin bir addımından sonra bizim də sərhədləri açmaqla bağlı müzakirələrimiz ola bilər". 

Afaq Mirayiq