Naxçıvana uçuşların bərpa olunması barədə düşünülür - RAMİN BAYRAMLI
    • 22-05-2020, 17:41
    • 824

Naxçıvana uçuşların bərpa olunması barədə düşünülür - RAMİN BAYRAMLI

"Yaxın günlərdə sərhədlərin açılması və beynəlxalq uçuşların bərpası gözlənilmir”.

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı eyni zamanda qeyd edib ki, Naxçıvana olan uçuşların bərpa olunması barədə düşünülür: “Bu barədə qərar dəqiqləşdirilərək yaxın günlərdə ictimaiyyətə bildiriləcək”.