Bakı metrosunda qatarların hərəkətində problem yaranıb
    • 23-10-2018, 10:00
    • 1 215

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
 Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatar 12 dəqiqə gecikib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a faktı təsdiq edib: “Neftçilər" stansiyasının dalanından xəttə çıxmalı olan 38 saylı qatarda problem yaranıb. Həmin qatar, təxminən, 5 dəqiqə yubanıb. Nəticədə "28 May" stansiyası və sonrakı stansiyalarda bu rəqəm intervalla birlikdə 11-12 dəqiqəyə çatıb".
Metropoliten sözçüsü həmin marşrut üzrə hərəkət edən digər qatarın "Nizami" stansiyasında bir neçə dəqiqə yubanmasına da aydınlıq gətirib: "Qaydalara görə, əgər qatar stansiyaya tez çatarsa dispetçerin göstərişi ilə o bir neçə dəqiqə gözlədilə bilər. Bu, tuneldə digər qatarların hərəkəti üçündür".