Şagirdlərin nəzərinə! Bu bacarıqlara sahib olmaq getdikcə daha zəruri olur

Şagirdlərin nəzərinə! Bu bacarıqlara sahib olmaq getdikcə daha zəruri olur  Sosial

Elm və Təhsil naziri Emin Əmrullayev növbəti tədris ilindən etibarən Qarabağ Universitetində STEAM-ın ayrıca ixtisas kimi tədris olunacağını bildirib. Nazir həmçinin yeni tikilən məktəblərdə də STEAM fənninin tədris olunacağını vurğulayıb.

Mövzu ilə bağlı News24.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, STEAM süni intellektin tədrisi üçün əhəmiyyətli bir sahədir:

"Dünyanın bir çox ölkəsində, hətta ibtidai təhsildə belə süni intellektin tədrisinə başlanılıb. Fikrimcə, Azərbaycanda da süni intellektin fənn kimi öyrədilməsinə artıq başlamaq vaxtıdır. Həmçinin STEAM fənni tələbələr üçün böyük fayda təmin edir, çünki süni intellekt gələcəkdə olduqca vacib bacarıqdır".

Elm və Təhsil Nazirliyindən STEAM fənninin keçirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilərək bildirilib ki, şagirdlərdə XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək məqsədilə müvafiq ümumi təhsil müəssisələrinin III-IX sinifləri üçün STEAM layihəsi tətbiq olunur:

"STEAM (Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyat (Mathematics)) layihəsinin tədrisi həftədə 2 (iki) saat olmaqla həyata keçirilir".