Elm və Təhsil Nazirliyi Şahbaz Xuduoğludan 40 min manatlıq kitab alacaq
Sosial
Elm və Təhsil Nazirliyi “Qanun” nəşriyyatı ilə yeni alqı-satqı müqaviləsi bağlayıb.
News24.az "İqtisadiyyat.az"a istinadla xəbər verir ki, müqavilədə dövlət ümumtəhsil məktəblərinin kitabxanaları üçün kitabların satın alınması nəzərdə tutulur.
Müqaviləyə əsasən, alqı-satqının maliyyə dəyəri 42.240 manat müəyyənləşib.
Qeyd edək ki, reyestr məlumatlarına əsasən "Qanun" nəşriyyatı 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nəşriyyatın rəhbəri Şahbaz Xuduoğludur.
Dövlət satınalmalarının vahid internet portalında açıqlanan məlumatlara əsasən, nazirlik 2023-cü ildə də məktəblərin kitabxanaları üçün kitabların satın alınması “Qanun” nəşriyyatı ilə 319.095 manat dəyərində alqı-satqı müqaviləsi bağlayıb.