Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyeva ana oldu

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyeva ana oldu Sosial

2020-ci ildə Ermənistanın Gəncədə törətdiyi terror aktı nəticəsində valideynlərini itirən Sevil Əliyeva ana olub.

News24.az xəbər verir ki, bu barədə “Təsir Dairəsi” verilişində məlumat verilib.

Məlumata görə, körpəyə Rəşad adı verilib.

Xatırladaq ki, 2020-ci il oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket zərbəsi nəticəsində 16 yaşlı Sevil və onun səkkiz yaşlı qardaşı Hüseynin hər iki valideyni dağıntı altında qalaraq həlak olmuşdu.

Qeyd edək ki, həmin gecə dağıntılar altından sağ çıxan Sevil sonradan açıqlamalarında onu sinif yoldaşı Talış adlı oğlanın xilas etdiyini demişdi. İllər sonra Sevil ailə həyatı qurduğu həmin Talışla birlikdə övlad sahibi olub.