Partiyadan çıxarılan deputat danışdı: - "Xəbərim yox idi"

Partiyadan çıxarılan deputat danışdı: - "Xəbərim yox idi" Sosial

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Elçin Mirzəbəyli üzvü olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasından (ƏHD Partiyası) xaric edilib.

News24.az xəbər verir ki, Elçin Mirzəbəyli bu barədə açıqlamasında partiyadan xaric edilməsi ilə bağlı müraciət etmədiyini, xəbəri də mətbuatdan oxuduğunu bildirib.

"Mən partiyadan öz xoşumla çıxmamışam. Bununla bağlı müraciət də etməmişəm. Partiyanın İdarə Heyəti qərar verib. Ayın 29-da partiya sədrinin müavinliyindən azad olunmuşdum, ondan da xəbərim yox idi. Bu gün də siz dediyiniz xəbəri mətbuatdan oxumuşam", - o deyib. (modern.az)