Qışda su içməyi unutmayın! - Səbəb
Sosial
Soyuq havalarda insan az tərlədiyi üçün susuzluq hiss etmir və çox vaxt yetərincə maye qəbul etmir. Həkimlərin fikrincə, bu hal böyrəklərə, beyinə və dəriyə mənfi təsir göstərir.
News24.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, su bədənin təmizlənməsi, dərinin nəm saxlanması və həzm sisteminin işləməsi üçün vacibdir. Su az içildikdə dəri quruyur, müqavimət zəifləyir və yorğunluq artır.
Mütəxəssislər bildirirlər ki, orta yaşlı bir insan gün ərzində təxminən 2 litr su içməlidir. Çay və qəhvə suyun yerini vermir, əksinə bədəndən su itkisinə səbəb olur.
Həkimlər xəbərdarlıq edir ki, həddindən artıq su içmək də zərərlidir. Gündə 4 litrdən çox su böyrəkləri yükləyə bilər.
Mütəxəssislər gün ərzində mütəmadi su içməyi məsləhət görür.
Xeyrənsə Piriyeva