Süd vəzi xərçəngi: Qadınların bilməli olduğu vacib xəbər!

Süd vəzi xərçəngi: Qadınların bilməli olduğu vacib xəbər! Sosial

"Qadınlarda onkoloji xəstəliklər arasında ən çox yayılan xəstəlik süd vəzi xərçəngidir".

News24.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov TƏBİB-in təşkilatçılığı ilə keçirilən "Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı” tədbirində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, süd vəzi xərçənginin vaxtında müalicəsi nəticəsində 5 illik yaşama göstəricisi 90-95 faizdir:

"Xəstəliklə bağlı 40-60 yaş arası qadınlar hər il mütləq müayinədən keçməlidirlər. Qadınların müayinə olunmasını asanlaşdırmaq üçün bir sıra addımlar atılmalıdır. Bunlardan biri müayinəni qadınların ayağına gətirməkdir, yəni mobil monoqrafiya vasitəsilə müayinəni əlçatan etmək mümkündür. Eyni zamanda, bu sahədə maarifləndirmə tədbirləri də mühüm əhəmiyyət kəsb edir".