Yağıntılı hava bu tarixədək davam edəcək - Xəbərdarlıq

Yağıntılı hava bu tarixədək davam edəcək - Xəbərdarlıq Sosial

Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağıntılı hava şəraitinin dekabrın 5-i səhərədək davam edəcəyi gözlənilir.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.