“Futbolçuların vəziyyəti ürəkaçan deyil”
    • 25-02-2023, 15:29
    • 133

“Futbolçuların vəziyyəti ürəkaçan deyil”

“Milli üzvlərinin vəziyyəti hələ tam ürəkaçan deyil. Ancaq yavaş-yavaş forma yığırlar”.

News24.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan millisinin məşqçisi Arif Əsədov yığma futbolçularının son durumu ilə bağlı fikir bildirərkən deyib.

Təcrübəli mütəxəssis avrokuboklardakı çıxışdan sonra “Qarabağ”ın yerli oyunçularının durumundan razılıq bildirib: “Tək-tək ad çəkmək istəmirəm. “Qarabağ”ın milli üzvləri avrokubok oyunlarında pis çıxış etmədilər. Müdafiə xəttində etibarlı oynadılar. Bundan başqa, Riçard Almeyda çoxdan idi oynamırdı. Buna baxmayaraq, “Gent”lə görüşdə ən böyük iş əmsalı onda oldu. Digər klublardakı oyunçular da izlənilir. Hələ yaxşı forma yığmaları üçün vaxt var”.

53 yaşlı məşqçi AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Avstriya, 27-də isə İsveçlə səfər görüşləri ilə bağlı hədəflərini də açıqlayıb: “Çox ağır qrupdur və ilk turlarda favoritlərlə səfərdə üz-üzə gələcəyik. Bu baxımdan bizi çətin oyunlar gözləyir. Ancaq yenə də komanda şəklində ən yaxşısını edib, xallar qazanmağa çalışacağıq”.