Avtomobil TIR-a çırpıldı - ÖLƏNLƏR VAR
    • 27-02-2023, 10:11
    • 141

Avtomobil TIR-a çırpıldı - ÖLƏNLƏR VAR

Bu gecə saat 00:30 radələrində Bakı-Qazax magistralının Ağstafadan keçən 465-ci kilometrliyində ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, Xəlilov Məmməd İsrail oğlunun idarə etdiyi "VAZ-21099" markalı avtomobil Əsədov Ramil Akif oğlunun sürdüyü “MAN” markalı TIR-a çırpılıb.

Nəticədə sürücü - 35 yaşlı Məmməd Xəlilov və sərnişini Orxan Rzayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.