Göygöldə ailə faciəsi - 8 yaşlı qız öldü...
    • 19-01-2023, 10:00
    • 192

Göygöldə ailə faciəsi - 8 yaşlı qız öldü...

Xəbər verdiyimiz kimi, Göygöl rayonunda ağır yol qəzası baş verib.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 354-cü kilometrliyində "KamAZ" markalı yük maşını ilə 1965-ci il təvəllüdlü, rayonun Hacıməlik kənd sakini Oruc Salmanovun idarə etdiyi "Opel Vectra" markalı minik avtomobili toqquşub.

Nəticədə "Opel Vecrta"da olan sərnişinlərdən biri, sürücünün nəvəsi, 2015-ci il təvəllüdlü Ləman Salmanova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü, onun həyat yoldaşı və gəlini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.