-
- 27-02-2023, 11:08
- 239
Qırğızıstanda 5 bal gücündə iki zəlzələ baş verdi
Qırğızıstanın İssık-Kul bölgəsində 5,1 və 5,6 bal gücündə iki zəlzələ baş verib.
News24.az xəbər verir ki, Qırğızıstan Seysmologiya İnstitutundan verilən açıqlamada yerli vaxtla saat 03:42-də İssık Kul bölgəsində 5,1 bal gücündə zəlzələnin baş verdiyi və zəlzələnin ətraf kəndlərdə hiss edildiyi bildirilib. Açıqlamada 5,6 bal gücündə ikinci zəlzələnin yerli vaxtla saat 05:58-də İssık Kul bölgəsində Çin sərhədi yaxınlığında baş verdiyi və zəlzələnin 35 kilometr dərinlikdə qeydə alındığı bildirilib. Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi ilkin məlumata görə, tələfat və dağıntılar olmayıb.
Qumral Əliyeva