Bakıda üçmərtəbəli binada yanğın oldu
    • 27-02-2023, 18:29
    • 142

Bakıda üçmərtəbəli binada yanğın oldu

Bakı şəhərinin Xətai rayonunda üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 4 m² sahədə və tavan 6 m² sahədə yanıb.

News24.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

FHN-nin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.