Ağstafada üçmərtəbəli yaşayış binasında yanğın oldu
    • 24-02-2023, 00:05
    • 130

Ağstafada üçmərtəbəli yaşayış binasında yanğın oldu

Ağstafa şəhərində üçmərtəbəli yaşayış binasının (mərtəbələrarası arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin tavanı 5 m² sahədə, 3-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin döşəməsi 2 m² sahədə və ümumi sahəsi 80 m² olan mənzilin döşəməsi 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinən  News24.az -a  bildirilib ki, hər üç mənzilin qalan hissəsi yanğından mühafizə olunub.