"Mədəniyyət sahəsində olan qanunvericiliyin sistemləşdirilməsinə ciddi ehtiyac var" - Adil Kərimli
    • 28-02-2023, 11:20
    • 315

"Mədəniyyət sahəsində olan qanunvericiliyin sistemləşdirilməsinə ciddi ehtiyac var" - Adil Kərimli

"Mədəniyyət sahəsində olan qanunvericiliyin sistemləşdirilməsinə ciddi ehtiyac var. Çünki burada parakəndəlik mövcuddur".

News24.az xəbər verir ki, bu fikirləri Mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli parlamentdə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qeyri-maddi sözü “əllə toxunula bilməyən” mənasını verir: “Bu sözün Azərbaycan ekvalentinə uyğun doğru anlayışı əhatə edən termin tapa bilsək böyük uğur olar. Bununla həm Azərbaycan dilinin inkişaf etdirilməsi, həm də gələcəkdə qanunvericilikdə daha doğru, səlist ifadəsinə zəmin yaratmış olarıq”.

A.Kərimli bildirib ki, bəzən eyni anlayışı ifadə etmək üçün bir neçə termindən istifadə olunur: “Bu da ən ciddi problem yaradan məqamlardan biridir. Cəmiyyətdə və qanun tədbiq edən şəxslər üçün qanunu oxuyub anlamaq istəyən sadə insanlar üçün bu çox çaşqınlıq yaradır. Eyni mənada eyni məfhumu ifadə etmək üçün bir neçə terminlərin istifadəsi yanlış yanaşmadır. Daftoloji yanaşmalardan uzaqlaşmağa da ehtiyac var. Mədəniyyət nazirliyinin mövqeyi budur. Qanun layihəsinin müzakirəsi və gündəmə çıxarılması aktualdır. Ancaq layihənin üzərində işlənilməsinə ehtiyac var”.