Koronavirusa 33 yeni yoluxma qeydə alınıb, 1 nəfər ölüb
    • 28-02-2023, 19:28
    • 138

Koronavirusa 33 yeni yoluxma qeydə alınıb, 1 nəfər ölüb

Azərbaycanda koronavirusa 33 yeni yoluxma qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə News24.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 828 548 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 281 nəfər müalicə olunaraq sağalıb, 10 119 nəfər vəfat edib.

Aktiv xəstə sayı 148 nəfərdir.