DƏHŞƏT! Azərbaycanda tələbələr faciəvi şəkildə ÖLDÜ
    • 10-05-2024, 12:03
    • 249

DƏHŞƏT! Azərbaycanda tələbələr faciəvi şəkildə ÖLDÜ

Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb.

News24.az apa-ya istinadla xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.