NİİM sürücülərə müraciət etdi
    • 10-05-2024, 12:27
    • 85

NİİM sürücülərə müraciət etdi

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsi, metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən asfalt örtüyünün yenilənməsi işləri aparılır.

News24.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyat İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə qeyd olunan istiqamətdə yol bağlıdır. Sürücülərdən yola çıxmazdan əvvəl nəzərə almaları xahiş olunur.