"60 ildir ki, bahalaşandan sonra ucuzlaşan bir şey görməmişəm" - Azərbaycanlı deputat
    • 1-03-2023, 13:13
    • 180

"60 ildir ki, bahalaşandan sonra ucuzlaşan bir şey görməmişəm" - Azərbaycanlı deputat

"Qiymətlər bundan sonra da ucuzlaşmayacaq, əksinə bahalaşa bilər".

News24.az xəbər verir ki, bu fikirləri millət vəkili Aqil Abbas Cebhe.info-ya açıqlamasında bildirib. 

Deputat sözlərinə belə davam edib: "İndiyə qədər bahalaşan bir şeyin sonradan ucuzlaşdığını görmüsünüz? Mən şəxsən, 60 ildir görməmişəm. AZAL-ın biletləri ucuzlaşdırmasını görə bilməzsiniz, heç vaxt da görməyəcəksiniz. Qalxan qiymət bir daha enmir, qalxa-qalxa da gedir, azaldığını heç vaxt görməmişəm. Bilet olsun, geyim olsun, ərzaq olsun, fərq eləmir. Türkiyədə baş verən zəlzələdən sonra da oradan qayıdan vətəndaşlar üçün bilet qiymətlərində güzəştə gedilmədi. Nə qədər tələbəmiz orada qaldı. Hətta quru sərhədləri açılmalıydı, tələbələr evinə gəlməli idi. Bunların hamısı olmalı idi, olmadı. Nəyə gücümüz çatar? Heç nəyə".