“Tüpürdü, söydü, şəklimi çəkdi” – Samirəyə hücum
    • 7-03-2023, 16:35
    • 262

“Tüpürdü, söydü, şəklimi çəkdi” – Samirəyə hücum

“Eurovision” təmsilçimiz Samirə Əfəndi hücuma məruz qalıb. 

News24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. 

Onun sözlərinə görə, “Hyundai” markalı 77 DV 916 dövlət nömrə nişanlı avtomobilin sürücüsü müğənninin avtomobilinə tüpürərək, onu təhqir edib: 

“Maşınıma tüpürdü, siqaretini atdı, söydü, şəklimi çəkdi. Bu şəxsdən şikayətçiyəm. Əslində, paylaşmağa utanıram. Çünki izləyiciləriimin 70 faizi əcnəbilərdir. Buna göz yum, buna sus olmaz. Artıq bəsdir!

“Bolt” və “Uber”, siz sürücüləri nəyə əsasən işə götürürsünüz? Sürücülük vəsiqəsi varsa, olar? Məncə, sürücülük vəsiqəsi verilmədən əvvəl bu sürücülər psixoloji testlərdən keçməlidir. Mənim kimi səbirli insanı səbirsiz, əsəb xəstəsi ediblər. Etdiyim şikayəti nə geri götürərəcəyəm, nə də boş verəcəyəm.

Bu səfər bəsdir. Pəncərəni açıb söyüş söymək, tüpürmək, siqaret, zibili çəkib pəncərədən atmaq, hara kimi? Bunlara niyə bu qədər sərbəstlik verilib?! Polislərimizdən xahiş edirəm ki, şikayətim üzrə tədbir görülsün. Bura gəlirsən bir dərd, gedirsən bir dərd. Məncə, qadınlara qarşı bu qədər hörmətsizlik bu qədər şiddət bitsin. Şokdayam”.