Bakıda evdə yanğın olub
    • 11-03-2023, 20:38
    • 190

Bakıda evdə yanğın olub

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

FHN-dən News24.az-a verilən məlumata görə, ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 60 m² sahədə və ondulindən ibarət dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.