Eynulla Fətullayev Hacı Şahindən yazdı: “Belə dövr etsə, xalqımız peyğəmbərini də elan edəcək, əlvida, Avropa”
    • 12-03-2023, 15:33
    • 169

Eynulla Fətullayev Hacı Şahindən yazdı: “Belə dövr etsə, xalqımız peyğəmbərini də elan edəcək, əlvida, Avropa”

"Mərhum Hacı Şahinin kanonizasiyası davam edir. Heç bilməzdim ki, Azərbaycanda insanların dini etiqadı mürtəce katolisizm və ya pravoslav etiqaddır. Bunu da gördük.. Amma bu ifrat bütpərəstliyin islama, şiə və sünni məzhəblərinə, fiqhə aidiyyatı yoxdur, əksinə islam dininin əsaslarına və fəlsəfəsinə təmamilə ziddir. Yekun nəticə - Azərbaycanda maraqlı ekzotik din formalaşır. Əslində, yeni tarixi prosesdir! Fenomendir!"

News24.az xəbər verir ki, bunu jurnalist Eynulla Fətullayev bildirib.

"XXI əsrdə belə reaksionizmin baş verəcəyini xəyala da gətirməzdim. Məni ən çox təəssüfləndirən və ağrıdan ölkəmizin və xalqımızın düşdüyü dərin uçurumdur, fəlakətdir - təhsilin, maarifin, ictimai təfəkkürün səviyyəsi Yəmən, Somali, Sudan bataqlığından heç nə ilə fərqlənmir. Ölkədə cəhalət və siyasi manipulyasiyalar hökm sürür... Bir az da belə dövr etsə, xalqımız öz peyğəmbərini də elan edəcək... 1990-cı ilin qəhrəman xalqı dünyada ən geridə qalmış xalqları sırasına qoşuldu. Əlvida, Avropa!" - E.Fətullayev qeyd edib.