Gəncədə arvadını qətlə yetirən kişi tutulub
    • 13-03-2023, 23:42
    • 581

Gəncədə arvadını qətlə yetirən kişi tutulub

Gəncədə qadının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Elşən Quliyevin həyat yoldaşı - Tovuz rayonun Alakol kənd sakini 1980-ci il təvəllüdlü Yeganə Hümbətova ilə aralarında mübahisə düşüb.

Bu zaman əsəblərinə hakim ola bilməyən 38 yaşlı kişi həyat yoldaşının ürək nahiyəsinə bıçaqla zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Xatırldaq ki, bu, Yeganə Hümbətovanın ikinci evliliyi olub. Onun birinci əri bir neçə il qabaq vəfat edib.

Mərhum ötən il Elşən Quliyevlə ailə qurub. 43 yaşlı qadının birinci evliliyindən bir qızı, bir oğlu olub.