Bərdədə iki körpə uşaq valideyni tərəfindən küçəyə atılıb - FOTO
    • 4-02-2019, 10:36
    • 1 350

Bərdədə iki körpə uşaq valideyni tərəfindən küçəyə atılıb - FOTO

Dünən Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb.

Uşaqlar küçəyə anaları tərəfindən atılıb.

Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Lakin onlar Rayon Uşaq Xəstəxanasına yerləşdirilib, polis onların valideynlərini axtarır.

Uşaqların səhhəti ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva  açıqlamasında bildirib ki, hazırda uşaqlar xəstəxanadır:

"Uşaqların səhhəti ilə bağlı hər hansı bir problem yoxdur. Gecə yatmamışam. Onlara baxmışam. Onların bezinə kimi almışam. Şükürlər olsun ki, uşaqlar tam sağlamdırlar. Məsələ ilə bağlı müvafiq qurumları məlumatlandırmışıq. Hazırda polis tərəfindən uşaqların valideyinlərinin kimliyi araşdırılır”.