Bakıda ticarət mərkəzindən oğurluq oldu
    • 23-03-2023, 11:16
    • 187

Bakıda ticarət mərkəzindən oğurluq oldu

Bakıda ticarət mərkəzindən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuart xidmətindən News24.az-a verilən xəbərə görə, Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən martın 21-də saat 22 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 1000 manat dəyərində geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Fərrux Qəribov saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.