Ağdaşda bacı-qardaş siçan dərmanından ZƏHƏRLƏNDİ
    • 25-03-2023, 12:05
    • 240

Ağdaşda bacı-qardaş siçan dərmanından ZƏHƏRLƏNDİ

Ağdaşda azyaşlılar zəhərlənib.

News24.az xəbər verir ki, rayon sakinləri olan 4 yaşlı N.Abdullayeva və qardaşı 2 yaşlı M.Abdullayev evdə nəzarətsiz qaldıqları zaman siçan dərmanı içiblər. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər və tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır./Lent.az/